Quldurlar Somalidə ticarət gəmisinə nəzarəti ələ keçiriblər.
Quldurlar Somalidə ticarət gəmisinə nəzarəti ələ keçiriblər.
Demedia.az xəbər verir ki, Britaniya Gəmiçilik Təşkilatından verilən açıqlamaya görə, Somalinin paytaxtı Moqadişu sahillərində quldurlar gəmiyə hücum təşkil edib. Açıqlamada dəniz quldurlarının hücumu nəticəsində gəmiyə nəzarətin ələ keçirildiyi qeyd edilib. Girov götürülən heyət üzvləri barədə məlumat verilməyib. Qeyd edək ki, Somalidə 10 ildir gəmilərə quldur hücumları müşahidə olunmurdu. Son vaxlar isə hücumlar intensivləşib.
Bahadur Seyidov