ABŞ Ukraynaya qoşun yeridəcək? - AÇIQLAMA



 09:05 13.03.2024     240

ABŞ-nin Ukraynaya qoşun yeritmək planı və ya niyyəti yoxdur.

Demedia.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Polşa xarici işlər naziri Radoslav Sikorskinin NATO hərbçilərinin artıq Ukraynada olması barədə bəyanatlarını şərh edərkən deyib.

Həmçinin  Pentaqon rəsmən açıqlayıb ki, Kiyev üçün yeni yardım paketinə Stinger MANPADS, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sursatları və 155 mm-lik mərmilər daxildir.

Bahadur Seyidov