Daha bir ölkə Ukraynaya ordu göndərməkdən imtina etdi
Hollandiya hakimiyyəti Fransa prezidenti Makronla qiyabi mübahisəyə girib.
Demedia.az xəbər verir ki, hakimiyyət qəti şəkildə Ukraynaya ordu göndərmək fikrində olmadıqlarını bildirib.
Qeyd edək ki, Fransa NATO qoşunlarını Ukraynaya göndərmək istəyir.
NATO çərçivəsində Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələr davam edir. Belə bir ssenariyə yol verən Emmanuel Makronun gözlənilməz açıqlaması Rusiyanın kəskin reaksiyasına, alyans üzvlərinin isə qarışıq reaksiyasına səbəb olub. Daha sonra Fransa hökuməti aydınlaşdırdı ki, biz Qərb hərbi qüvvələrinin “müharibə astanasını keçmədən” iştirakından danışa bilərik, yəni onlar təlim, minalardan təmizləmə və ya kibertəhlükəsizlik təhdidləri ilə mübarizə kimi vəzifələri yerinə yetirə bilərlər. Eyni zamanda Almaniya kansleri Olaf Şolz belə bir ssenarini istisna edib və ABŞ Ukraynaya peşəkar hərbçilərin göndərilməsi imkanını nəzərdən keçirmədiyini bəyan edib
Bahadur Seyidov