Daha bir ölkə avroya keçir
Bolqarıstan 2025-ci ildə valyuta kimi avroya keçmək üçün hazırlıqlarını davam etdirir.
Demedia.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva mövzu ilə bağlı açıqlamasında bu tarixi “real” hesab etdiyini bildirib.
Bolqarıstan mətbuatına açıqlama verən Georgieva bildirib ki, bu barədə qəra qəbul edilsə də, tarix məlum deyil:
“Düşünürəm ki, əhəmiyyətli olan Bolqarıstanın 2025-ci ildə Avro Bölgəsində olmasıdır və bu, real hədəfdir".
Bahadur Seyidov