5 dəqiqəyə əsəbləri sakitləşdirir - Yuxu gətirən bitkilər - Video



 09:40 13.03.2024     436

"Xəstəliklər günü-gündən cavanlaşır” ifadəsi boşuna deyilməyib. Problemlər davam etdikcə, əsəb, stress də bizdən əl çəkmir. Nəticəsi bəllidir-stresə bağlı xəstəliklər.

Stress, həyəcan, fiziki yorğunluq, yuxu pozğunluğu - bunlar çox insanların gündəlik həyatında tez-tez qarşılaşdığı problemlərdir. Bəzən bu problemlər yığılaraq daha ağır fəsadlara- zehni və iş qabiliyyətimizin pozulmasına, həyat tərzimizin passivləşməsinə gətirib çıxarır. Bəzən də illərlə müalicə tələb edən bir sıra xəstəliklərin yaranmasına səbəb olur. İlk əvvəl insan özü özünün həkimi olmalıdır. Bunun üçün isə tibbi maarifləndirməyə daha çox ehtiyacımız var. Yəni insan ən azından öz anatomiyasını, genetikasında hansı xəstəliyin olduğunu bilməli, həyat tərzini, yuxu və qida rejimini düzgün qurmalıdır ki, xəstəlik onu yaxalamadan öncə profilaktik tədbirlər görə bilsin. Onu narahat edən problemlərin ilk əlamətləri ortaya çıxanda “keçib gedər” deməsin. Vaxtında bu əlamətləri özü aradan qaldırmağa nail olsun. Bunun üçün bəzi qida və dərman bitkilərinin faydaları barədə bilgilərinizin olması yetərlidir.Buyrun, həmin bilgilərlə tanış olaq. Ehtiras çiçəyi adlandırılan passiflora çiçəyi. Bu bitkidən hazırlanan dərman vasitələri təbii tərkibli olduğuna görə ürək-damar sistemi xəstəliklərində, əsəb, yuxu, hormonal pozulmalar (klimaks dövründə) və baş ağrıları zamanı effektli təsirə malikdir. Passiflora stress hormonlarının ifrazını azaldaraq xroniki yorğunluğu və psixoloji gərginliyi aradan qaldırır. Bu dərman bitkisinin ekstraktından alkoqol asılılığı zamanı istifadə olunması barədə təcrübələr də var. 500-ə qədər növü olan passifloranın dərman sənayesində yalnız 2 növündən istifadə edilir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az