5 dəqiqədə qulunc ağrsını belə kəsin! - Video



 09:46 13.03.2024     487

Xalq dilində qulunc olaraq bilinən əzələ ağrısı kürəyin üstündə yaranan əzələ sıxılmasıdır.

Problem daha çox stressli və hərəkətsiz həyat sürən insanlarda müşahidə olunur. Çox vaxt ağrılı nahiyəni kobud şəkildə əzmək və ya masaj etməklə problemdən xilas olacağımızı düşünürük. Amma əslində, vəziyyəti daha da ağırlaşdırmış oluruq. Bəs bu halda biz nə edək? İndi biləcəksiniz. Miyofasial ağrı sindromu (MAS) olan qulunc əzələlərə və ətrafındakı yumşaq toxumalara təsir edən xroniki haldır. Qulunc ağrısı bəzi əzələləri və əzələlərin təşkil olunduğu yumşaq toxumaları əhatə edir. Qulunc ağrıları, adətən, bel, boyun, sinədə meydana çıxır. Qulunc ağrısı olan nahiyələrdə hərəkət zamanı çatırtı səsi eşidilir. Bəzən bir nahiyədə başlayan qulunc ağrısı zamanla ətrafına yayıla bilir. Hərdən ağrılar həssas əzələ nöqtələrinə heç bir təzyiq olmadan da meydana çıxır. Hətta elə nahiyələrdə başlayır ki, məəttəl qalırıq: “Burada da qulunc olarmı?” -deyə öz-özümüzdən soruşuruq. Mütəxəssislərin rəyinə əsasən, çatırtı ilə müşayiət edilən qulunc ağrılarının kökündə əzələ şişkinliyi, əzələ zəifləməsi, əzələlərin həssaslığının artması dayanır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az