Eynşteyni də öldürən xəstəlik - Niyə qarşısı alınmır?
Bədənimizdəki damar quruluşunu ağacla müqayisə etsək: Bu ağacın əsas gövdəsi aortadır. Bir tərəfdən təmiz qan daşıyaraq bədənimizə həyat verir, digər tərəfdən isə məkrli və ölümcül təhlükəni gizlədir! Xəstəliyin adı aorta anevrizmasıdır!
Demedia.az xəbər verir ki, ürək-damar Cərrahiyyəsi Mütəxəssisi Professor Rıza Türköz məkrli şəkildə gizlənən bu ölümcül xəstəliyi və ondan qorunma yollarını açıqlayıb.
Aorta ürəyin sol mədəciyindən yaranan və bütün damarların yarandığı bədənimizdəki ən böyük damarın adıdır. Bu damarın genişlənməsi “Aorta Anevrizması” adlanır. Xüsusilə 59-69 yaş arası kişilərdə rast gəlinən və qan damarı birdən qopana qədər əlamətlər verməyən bu xəstəliyi “gözlənilməz, məkrli və ölümcül bir xəstəlik” olaraq təyin edən Ürək-damar Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Rıza Türköz deyib: “Yetkin bir insanda sinə divarındakı aorta damarının diametri təxminən 3 sm-dir. Bu diametr insanın boyu, çəkisi və yaşından asılı olaraq 3,5-4,4 sm-ə qədər normal sayılır. Lakin aorta damarı çox genişlənsə belə (5 sm və ya daha çox), heç bir əlamət və şikayətə səbəb olmaya bilər və yırtılma riski anevrizmanın böyüməsi ilə mütənasibdir.
Məkrli şəkildə irəlilədiyi üçün 'tikləyən bomba' olaraq görülən və birdən qopana qədər heç bir əlamət göstərməyən aorta anevrizması, adətən başqa bir səbəblə edilən müayinələr zamanı təsadüfən təsbit edilə bilər. Ona görə də mütəmadi müayinə və analizlərlə xəstəliyin erkən diaqnozunu qoymaq və müalicəyə başlamaq həyati əhəmiyyət kəsb edir. Heç bir şikayəti və ya xəstəlik əlaməti olmayan insanlarda müntəzəm müayinələr zamanı exokardioqrafiyada ürəkdən gələn aortanın normadan böyük görünməsi ilə ilkin diaqnoz qoyula bilər. “Aorta genişlənməsi döş qəfəsinin rentgenoqrafiyasında da aşkar edilə bilər".
Aparıcı elm adamlarından biri olan Albert Eynşteynin 1955-ci ildə anevrizma səbəbiylə aorta yırtığı səbəbiylə dünyasını dəyişdiyini xatırladan Prof. Dr. Türköz, qohumlarında aorta anevrizması öyküsü və ya səbəbi bilinməyən ani ölümü olanların yaxından təqib edilməsi lazım olduğunu bildirir.
Aysun / Demedia.az