Dostunu öldürüb, sakitcə uzaqlaşdı - ŞOK CİNAYƏT



 23:48 13.03.2024     972

Türkiyədə Arnavutköydə şirniyyat dükanında dostunu güllələyərək öldürən şəxsin hadisədən sonra izdiham arasında sakitcə gəzdiyi anlar təhlükəsizlik kamerasına düşüb.

Demedia.az xəbər verir ki, dünən günorta saatlarında Arnavutköydə təxminən 10 ildir düşmənçilik edən iki dost şirniyyat dükanında görüşüb. Aralarında yaranan pul məsələsindən sonra masa arxasında əyləşən Salih İplik gərgin söhbətdən sonra tualetə getmək üçün masadan qalxıb.

Tualetə gedib geri qayıdan İplik dostu Abdullah Ürkməzi stola doğru gedərkən başından vuraraq öldürüb. Hücumdan sonra şirniyyatdan çıxan Salih İplik qısa müddət ərzində kütləyə qoşularaq sakitcə yeriməyə başlayıb.

İplikin gedərkən qətli törətdiyi və belində ikən silahını düzəltdiyi anlar təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

Aysun / Demedia.az