İsrail ordusu Qəzza zolağında yardım paylama mərkəzini bombalayıb
İsrail ordusu Qəzza zolağının cənubunda Birləşmiş Millətlər Təşkilatının yardım paylama mərkəzini bombalayıb.
Demedia.az xəbər verir ki, Rəfah şəhərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinə aid yardım paylama mərkəzini hədəfə alınması nəticəsində azı 5 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.
Digər tərəfdən, İsrail ordusunun Qəzza şəhərinin cənubundakı Tel əl-Heva məhəlləsində bir evi vurduğu, hücumda aralarında uşaqların da olduğu 5 fələstinlinin öldüyü, bəzilərinin isə yaralandığı açıqlanıb.
Bahadur Seyidov