Rusiyada məhkəmə “Google”u cərimələyib
Rusiyada məhkəmə “Google”u yutubda bəzi məzmunlara girişi bloklamadığı üçün 4 milyon rubl (təxminən 44 min dollar) cərimələyib.
Demedia.az xəbər verir ki, “Google”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.Məhkəmə yutubda bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və “Google”u 4 milyon rubl məbləğində cərimələyib.
Qeyd edək ki, “Google” əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Bahadur Seyidov