2 aydır havalimanında yaşayır - İNANILMAZ HADİSƏ
Kanadada yaşama müddəti bitdiyi üçün viza müraciəti qəbul edilməyən iranlı akademik Şiva Kavianinin İstanbul Hava Limanında yaşadıqları hər kəsə “Terminal” filmini xatırladıb.
Demedia.az xəbər verir ki, Kanadanın Toronto şəhərində yaşayan və yaşayış müddəti bitmiş iranlı akademik Şiva Kaviani ölkəsi İrana qayıdıb.
İddialara görə, Kanadaya getmək üçün viza üçün müraciət edən iranlı akademikə rədd cavabı verilib. Bu dəfə Gürbulak Sərhəd Qapısından Türkiyəyə daxil olan iranlı akademik yenidən Kanadaya viza almaq üçün Ankaraya gedib.
Buradan rədd cavabı alan iranlı akademik İstanbul Hava Limanına qayıdıb.
Kanadaya gedə bilməyən və İrana qayıtmaq istəməyən qadın sərnişin İstanbul hava limanında yaşamağa başlayıb. Terminalda sərnişin gözləmə yerlərində yatan iranlı sərnişin 2 aya yaxındır ki, hava limanında qalır.
Çemodan və çanta ilə viza zonalarında sərnişinlərlə əyləşən qadın sərnişinə heyət kömək etməyə çalışır. İzlənildiyini anlayanda “Şəkilimi çəkmə” və “Mənə hörmət etmirsən” deyən qadın akademikin polis qrupları tərəfindən terminaldan çıxarılaraq uyğun bir yerə yerləşdiriləcəyi öyrənilib.
Aysun / Demedia.az