Livan İsraili BMT Təhlükəsizlik Şurasına şikayət edəcək
Livanın Xarici İşlər Nazirliyi İsraili ölkənin şərqindəki Baalbek şəhərində mülki insanları hədəf alması ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyini bildirib.
Demedia.az xəbər verir ki, Livanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Xarici İşlər Naziri Abdullah Buhabib Livanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyinə İsrailə qarşı şikayət verməyi tapşırıb.
Bəyanatda “şiddətli hücumlar nəticəsində müdafiəsiz mülki vətəndaşların öldürüldüyü və yaralandığı” qeyd edilərək, sözügedən hücumların İsrail sərhədindən çox uzaq bölgələrdə həyata keçirilməsinin narahatlıq doğurduğu vurğulanıb.
Bahadur Seyidov