Pendikspor Mert Hakan Yandaşdan şikayət edib



 11:00 14.03.2024     307

Super Liqa təmsilçisi "Pendikspor" "Fənərbağça"nın ulduz futbolçusu Mert Hakan Yandaşın qol bayramı zamanı ehtiyat oyunçular skamyasına qarşı qeyri-idman hərəkət etdiyini və matçın baş hakimi Kadir Sağlamı təhdid etdiyini iddia edərək TFF-yə rəsmi şikayət edib.

Demedia.az xəbər verir ki,Pendiksporun 4-1 uduzduğu matçda Mert Hakan Yandaşın Pendikspor ehtiyat oyunçular skamyasına tezahürat etməsi səbəbiylə 36-cı maddə (qeyri-idman hərəkəti) ilə PFDK-ya sövq edilməsi tələb olunub. TFF İntizam Təlimatına görə; 36-cı maddə ilə adı çəkilən idmançılar və klub rəsmiləri 1 aydan 6 aya qədər yarışdan kənarlaşdırılır.Digər tərəfdən Pendikspor-un Mert Hakan üçün etdiyi digər müraciət Mert Hakan ilə matçın baş hakimi Kadir Sağlam arasındakı dialoqla bağlıdır. Pendikspor ərizəsində Mert Hakanın Kadir Sağlamı təhdid etdiyi əsas gətirilərək 41-ci (təhqir və təhdid) maddəsi ilə PFDK-ya göndərilməsini istəyib. TFF İntizam Təlimatına görə; 41-ci maddə ilə qeyd olunan idmançıya 3-7 oyunluq cəza verilir.