İsrail döyüş təyyarələri yardım paylama anbarını bombalayıb



 21:14 14.03.2024     261

İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki yardım paylama anbarını bombalayıb.

Demedia.az xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda yaralı var. Bundan əlavə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsindəki evi bombalayıb. Həmçinin Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının cənubunda İsrail ordusunun qismən geri çəkildiyi Xan Yunus şəhərinin Hamed bölgəsində 15 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Bahadur Seyidov