İsrail Əl-Əqsa məscidinin bəzi qapılarına dəmir baryerlər qoyub



 21:18 14.03.2024     243

İsrail işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin bəzi qapılarına dəmir baryerlər qoyub.

Demedi.az xəbər verir ki, “Feysal”, “Gəvanimə” və “Hütta” qapılarının çöl hissəsində dəmir baryerlər quraşdırılıb. Məlumata görə, İsrail polisi baryerləri oxşar şəkildə digər qapılara quraşdırmağa hazırlaşır.

İsrail polisinin iddiasına görə, sözügedən baryerlər Məscidül-Əqsanın qapılarında gözləyən polislər üçün yerləşdirilib və namaz qılmağa gələnlərin qarşısını almaq üçün qoyulmayıb.

Bahadur Seyidov