ABŞ Suriyaya hərbi yardım göndərdi



 09:42 15.03.2024     249

ABŞ ordusu Suriyanın Həsəkə və Deyr əz-Zor əyalətlərində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

Demedia.az xəbər verir ki, ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub. ABŞ əsgərlərini daşıyan 5-i “Bradley” tipli zirehli maşın da daxil olmaqla 40 maşından ibarət karvan əvvəlcə Hasəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib. Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının şərq sahilindəki Ömər Neft Sahəsindəki bazaya doğru hərəkət edib.

Bahadur Seyidov