İordaniyadan İsrailə etiraz



 21:22 14.03.2024     253

İordaniya İsrail rəhbərliyinin Məscidül-Əqsanın üç qapısına dəmir baryerlər qoymasını təhlükəli addım kimi qiymətləndirib.

Demedia.az xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyinin açıqlamasında İsrailin Məscidül-Əqsaya girişlərə tətbiq etdiyi məhdudiyyətlərlə bağlı xəbərdarlıq edilib. Açıqlamada, Əl-Əqsa məscidinin üç qapısında polislər üçün dəmir barmaqlıqlarla əhatə olunmuş sabit platformalar qurması və girişlərin hər iki tərəfinə dəmir baryerlər qoyması İsrail üçün təhlükəli və qəbuledilməz bir addım olaraq qiymətləndirilib.

Bahadur Seyidov