Avropa Parlamentinin üzvlərindən İsrailə çağırış
Avropa Parlamentinin üzvləri humanitar yardımın Qəzzaya çatması üçün İsraili dərhal bütün sərhəd qapılarını açmağa və konvoyların keçidini asanlaşdırmağa çağırıb.
Demedia.az xəbər verir ki, Avropa Parlamenti Baş Assambleyası tərəfindən 372 lehinə, 44 əleyhinə və 120 bitərəf səslə qəbul edilən çağırışda millət vəkilləri Qəzzada humanitar vəziyyətin fəlakətli səviyyəyə çatmasından narahat olduqlarını bildiriblər. Millət vəkilləri, bölgədə təhlükəsiz və maneəsiz humanitar yardımın təcili şəkildə çatdırılmasına ehtiyac olduğunu vurğulayıblar.
Bahadur Seyidov