Ukrayna təxribat qrupları Kursk və Belqorod vilayətlərinə soxulmağa cəhd ediblər



 09:12 15.03.2024     267

Ukrayna təxribat qrupları Rusiyanın cənubundakı Kursk və Belqorod vilayətlərinə soxulmağa cəhd ediblər.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Məlumata görə, qoşunlar Kursk vilayətinin Tetkino qəsəbəsi yaxınlığında Ukrayna təxribat-kəşfiyyat qruplarının hücumunu dəf edib. Açıqlamada qeyd olunub ki, əməliyyatı Rosqvardiya qoşunları Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə həyata keçirib.

Bahadur Seyidov