Bağdadda türkiyəli rəsmilərin iştirakı ilə təhlükəsizlik sammiti keçirilib
İraqın paytaxtı Bağdadda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalının iştirakı ilə təhlükəsizlik sammiti keçirilib.
Demedia.az xəbər verir ki, görüşlərin gündəliyinə terrorla mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri daxil edilib. Toplantılarda terrorla mübarizədə ortaq tədbirlərin inkişaf etdirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə edilib.
Bahadur Seyidov