Moskva 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyub



 10:15 15.03.2024     258

Rusiya Xarici İşlər Nazirliyi 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasında ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib. Açıqlamada 227 ABŞ rəsmisinin Vaşinqtonun həmləsinə cavab olaraq Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu bildirilib.

Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivan kimi siyasətçilər də daxildir.

Bahadur Seyidov