Məşhur sənətçidən gözlənilməz qərar: Sevgilisinə yaxın olmaq üçün...
Bella Hadid ABŞ-ın ən məşhur at təlimçilərindən biri olan Adan Banuelosa aşiq olub.
Demedia.az xəbər verir ki, sevgiləri bütün sürətiylə davam edən ikilidən Hadidin kovboy sevgilisinə daha yaxın olmaq üçün Texasın kəndlərində ev aldığı və oraya köçdüyü iddia edilib.
Dünyaca məşhur supermodel Bella Hadid bir müddətdir ki, Lyme xəstəliyinə görə çox çətin günlər yaşayır. 27 yaşlı Hadid çox sevdiyi modellik peşəsinə ara vermək məcburiyyətində qaldığını, indi çəkdiyi ağrıların çox artdığını və müalicəsinin gündəlik hal aldığını bildirib.
Məşhur adın moda sənayesində çalışan sevgilisi Mark Kalmanla 3 illik münasibəti də bu proseslə bitib. Hadid müalicəsini anası Yolandanın fermasında davam etdirib və tez-tez səhhətini izləyiciləri ilə bölüşüb.
Çətin günləri arxada qoyan, səhhəti kifayət qədər yaxşılaşaraq ayağa qalxaraq karyerasını davam etdirən model həm də yeni sevgiyə yelkən açıb. Supermodel bu dəfə kovboya ürəyini itirib.
Bellanın yeni sevgisi, 34 yaşlı Adan Banuelos ABŞ-ın ən məşhur at təlimçiləri və atlılarından biri kimi tanınır. Texasda nəhəng bir ferması olan və orada at yetişdirən Banuelos, atçılıq yarışlarında və rodeolarda qazandığı uğurlarla adından söz etdirib.
Aysun / Demedia.az