İt hürdüyü üçün 700 min pul verməli oldu - VİDEO



 22:36 15.03.2024     634

Samsunlu 61 yaşlı dükançı Bülent Petek 10 il əvvəl dükanının qarşısında pitbulun hücumuna məruz qalan it balasını müalicə edib.

Demedia.az xəbər verir ki, "Qraf' adını verdiyi it illər sonra ona problem yaşadıb.

İddiaya görə, iti 29 avqust 2017-ci ildə bağ evində qonşularına qonaq gələn doktor Fərda Turutoğlunun üstünə hürüb. Həkim qorxaraq qaçmaq istəyərkən yıxılaraq ayağını sındırıb. Qadın həkim itin sahibləri Bülent və həyat yoldaşı Nuran Pətəkdən şikayət edib.

Məhkəmə iddiaçını haqlı hesab edərək Petek cütlüyünə maddi ziyana görə 285 min 441 TL, mənəvi ziyana görə 30 min TL, qərar qəbul etmə haqqına görə 21 min TL, məhkəmə xərclərinə 1668 TL, məhkəmə xərclərinə 6515 TL, məhkəmə xərclərinə görə 44.816 TL cərimə edib. 

Aysun / Demedia.az