Ürəkbulandıran etiraf: 700 kq əti... - Dəhşətli GÖRÜNTÜLƏR



 23:09 15.03.2024     533

Adanada Ramazan ayı öncəsi kəsilən 700 kiloqram at və eşşək əti kolbasa hazırlamaq üçün İstanbula aparılmağa çalışarkən Sakarya şosesində jandarma qrupları tərəfindən yaxalanıb.

Demedia.az xəbər verir ki, əməliyyat zamanı saxlanılan və "ev heyvanını qəsdən öldürmək" maddəsi ilə cinayət məsuliyyətinin olduğunu öyrənən 20 yaşlı şəxs ətin kolbasa edilərək Düzcedə bazara çıxarılacağını etiraf edib.

Sakarya İl Jandarma Komandanlığı qrupları Ramazan ayı əvvəli Adanada kəsilən at və eşşək ətinin kolbasa halına salınaraq bazara çıxarılmaq üçün quru yolu ilə İstanbula aparılacağı barədə məlumat aldıqdan sonra hərəkətə keçib. Qruplar daşınacaq avtomobili təyin edərək yük maşınının izinə düşməyə başlayıb. Anadolu şossesi Hendek keçidindəki istirahət müəssisəsində saxlanılan yük maşınının içərisində aparılan axtarışlar zamanı 700 kiloqram at və eşşək əti ələ keçirilib. Əməliyyat zamanı 3 şübhəli saxlanılıb. Saxlanılan şübhəlilərdən 20 yaşlı C.D.-nin daha əvvəl "ev heyvanını qəsdən öldürmək" maddəsi ilə cinayət keçmişi olduğu öyrənilib.

Aysun / Demedia.az