Rusiyada prezident seçkiləri keçirilir



 20:34 15.03.2024     263

Rusiya-Ukrayna müharibəsi davam edərkən Rusiya Federasiyasında prezident seçkiləri üçün 80-dən çox federal dairədə seçkilərə gedəcəklər.

Demedia.az xəbər verir ki,  ilk dəfədir ki,  Rusiyada prezident seçkiləri 3 gün – 15, 16, 17 mart tarixlərində  davam edəcək.

Qeyd edək ki, Rusiyanın hazırkı  prezidenti 71 yaşlı Vladimir Putindir.

Əgər Putin martın 15-17-də keçirilən seçkilərdə qalib gəlsə, o, Kremldə ən azı 2030-cu ilə qədər hakimiyyətdə qalacaq, bu, XVIII əsrdə Böyük Yekaterinadan bəri bütün Rusiya liderlərindən daha uzun müddətdir.

Bahadur Seyidov