Makron həyat yoldaşının xərcləri bu qədərdir
Fransada dövlət hesablarının yoxlanılması ilə məşğul olan Hesablama Məhkəməsinin hesabatına görə, prezident Emmanuel Makronun həyat yoldaşı Bricitin 2022-ci ildəki xərcləri üçün dövlət xəzinəsindən 315 min 808 avro xərclənib.
Demedia.az xəbər verir ki, bu barədə “Midi Libre” qəzeti məlumat yayıb.
Bildirilib ki, Yelisey sarayı üçün dövlət tərəfindən ayrılan maliyyənin 0,28 faizi Bricit Makronun xərclərinə gedir. Hesablama Məhkəməsinin fikrincə, prezidentin həyat yoldaşının vəzifəsi heç bir hüquqi və normativ əsası olmayan respublika ənənəsi kimi müəyyən edilir.
Lakin Prezidentin büdcəsindən ödənilən bu xərclər Hesablama Məhkəməsi tərəfindən yoxlanılır.
Bahadur Seyidov