"Sevgi dələduzluğu”nun qubanı olan 600-dən çox insan xilas edildi
Filippin polisi onlayn "sevgi dələduzluğu" mərkəzinə basqın zamanı fırıldaqçılıq şəbəkəsi tərəfindən saxlanılan 658 nəfəri xilas edib.
Demedia.az BBC-yə istinadən xəbər verir ki, polis onlayn mərc şirkəti adı altında gizlənərək mərkəzdən “sevgi fırıldaqları” etməyə məcbur edilən 383 Filippin, 202 Çin və 73 digər xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 658 nəfərin xilas edildiyini açıqlayıb.
Bildirilib ki, cinayətkar qruplaşması fırıldaqçılıq etmək üçün qurbanları cəlb edə bilən gözəl görünüşlü kişi və qadınları saxlayır.
Romantik münasibətlər vədi ilə qurbanlarını aldadaraq saxta layihələrə və ya biznesə sərmayə qoyan “romantik fırıldaqçılar” qanuni biznesin şirnikləndirildiyi dələduzluq mərkəzlərində çox vaxt saxlanılır və cinayət törətməyə məcbur edilir.
Bahadur Seyidov