DİQQƏT! Aralıqlı oruc vaxtı bu səhvi etməyin! - Video
Aralıqlı Oruc, yaxud da digər adıyla Fasiləli Aclıq proqramları dövrlər arıqlamaq istəyənlərin üz tutduqları üsullardan biridir.
Lakin burada 15-16 saat aclıqdan yox, 48 hətta 72 saatlıq orucdan söhbət gedir. Oruc tutmağın faydaları ilə bağlı dəfələrlə videolar hazırlamışam. Lakin “Fasiləli aclıq” zamanı isə bəzi məqamlara diqqət etməyiniz mütləqdir. Yoxsa sağlamlığınızla bağlı ciddi problemlərlə üz-üzə qala bilərsiniz. Bəs siz, gündə neçə dəfə yemək yeyirsiniz? Fasiləli aclıq edirsinizmi? Zəhmət olmasa şərh bölümünə yazın. Mən də onun faydaları və zərərlərindən danışım. Aralıqlı orucun faydaları bunlardır. -arıqladır -zehni inkişaf etdirir -diqqəti toparlamağa kömək edir -yaddaşın qismən bərpasını təmin edir -ürəyin işinin nizama salır
Uzunmüddətli oruc tutmağın təhlükələri var: Tutaq ki, 3-4 gün, lap elə, 5 gün “Fasiləli aclıq” tətbiq etdiniz. Ardından oturdunuz və böyük porsiyalarla, doya-doya yediniz. Bu, olmaz. Xüsusilə, karbohidrat tərkibli yeməklər yesəniz, vəziyyət daha da pisləşəcək. “Fasiləli aclıq”dan həmən sonra az miqdarda yeyin. Bir neçə saat gözləyin, sonra yenə az miqdarda yeyin. Bu ardıcıllıq ən etibarlı üsuldur. Karbohidrat yemək yerinə bir az protein, məsələn; 1 yumurta, yaxud bir az salat yeyin. Gözləyin, sonra arada çərəz atışdırın. Yəni, “Fasiləli aclıq”dan sonra orqanizmi yeməyə tədricən alışdırın.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az