Tez dodağınıza baxın! Daxildəki bütün problemləri biləcəksiz - Video



 10:43 16.03.2024     488

Solğun, bozumtul dodaqlar. Adətən, qanazlığının əlamətidir.

Qanazlığı iki cür olur: 1. dəmir əksikliyindən qaynaqlanan; 2. B12 vitamini əksikliyindən qaynaqlanan; Əgər bədəndə mis çatışmırsa, dəmirin mənimsənilməsində problemlər yaranır. Nəticədə, orqanizm dəmir ehtiyacı yaşayır. Dəmiri qırmızı ətdən, xüsusilə, içalatdan və dəniz məhsullarından ala bilərsiniz. Qadınlar aybaşı zamanı qan itirirlər. Bu da qanazlığı səbəblərindən biridir. Bağırsaqlarda iltihablanma varsa, narahat bağırsaq sindromundan, kron xəstəliyindən əziyyət çəkirsinizsə, B12 də daxil olmaqla, əksər vitaminlərin orqanizm tərəfindən mənimsənilməsinə maneələr yaranır. Qanazlığı bir də o deməkdir ki, lazımi qədər heyvan mənşəli qida qəbul etmirsiniz. B12 vitaminin mənbəyi heyvan mənşəli qidalardır. Yəni dəmir əksikliyinin səbəbləri, eyni zamanda, B12 vitamini əksikliyinin səbəbləridir; Mavi dodaqlar. Soyuqdan üşüyən insanların dodaqları mavi rəngə dönə bilir. Soyuq hava qanı daxilə doğru itələyir, nəticədə, dodaqlara yetərli miqdarda qan gəlib çatmır. Mavi dodaqların bir səbəbi də şok halıdır. Sianid turşusu ilə zəhərlənmə zamanı da dodaqlar mavi rəngə dönür. Aqata Kristi romanlarının əksinə, sianid turşusu zəhərlənməsindən ölmək labüd deyil. Çünki bu zəhərlənmənin müalicəsi var;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az