Rusiyadan Makronun sözlərinə cavab
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi qoşun göndərilməsi ilə bağlı açıqlamalarını tənqid edib.
Demedia.az xəbər verir ki, “Solovyov Live” telekanalına açıqlamasında Zaxarova Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı “qəribə şeylər” dediyini bildirib. Makronun müxtəlif vaxtlarda fərqli açıqlamalar verdiyinə diqqət çəkən Zaxarova, "O, davamlı olaraq özü ilə ziddiyyət təşkil edir və çox qəribə sözlər söyləyir. Birincisi, münaqişə bölgəsinə Avropa Birliyi və ya ayrı-ayrı NATO ölkələrinin qoşunlarının göndərilməsindən danışır, sonra bildirir ki, heç vaxt belə bir şeyə cəhd etməyəcək” deyə bildirib.
Bahadur Seyidov