Əfqanıstanda şaxtalı hava şəraiti səbəbindən 60 nəfər həyatını itirib



 09:43 18.03.2024     265

Əfqanıstanda son 3 həftədə güclü qar, yağış və şaxtalı hava şəraiti səbəbindən 60 nəfər həyatını itirib.

Demedia.az xəbər verir ki, Əfqanıstanın bəzi bölgələrində şaxtalı soyuq, yağış və güclü qar yağışı son həftələrdə təsirli olub və temperatur mənfi 30 dərəcəyə enib. Məlumata görə, təbii fəlakət nəticəsində 1600-dən çox ev qismən və ya tamamilə dağılıb, soyuq hava səbəbindən 177 mindən çox mal-qara tələf olub.

Bildirilib ki, Milli Fəlakət Agentliyi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkənin müxtəlif bölgələrində 22 min 400-dən çox ailəyə ərzaq və humanitar göntərilib.

Bahadur Seyidov