ABŞ Qəzzaya yardım göstərib
ABŞ-ın Mərkəzi Komandanlığı İordaniya Hərbi Hava Qüvvələri ilə birgə təşkil edilən hava əməliyyatı nəticəsində Qəzzanın şimalına 4700 kiloqram düyü, süd, makaron və konserv göndərildiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, ABŞ-ın Mərkəzi Komandanlığının açıqlamasında, “ABŞ Mərkəzi Komandanlığı və İordaniya Kral Hərbi Hava Qüvvələri Qəzzada davam edən qarşıdurmadan zərər çəkmiş mülki şəxslərə zəruri yardım göstərmək üçün Qəzzanın şimalına birləşmiş humanitar yardım hava-desant əməliyyatı həyata keçirib. ABŞ-ın C-130 təyyarəsi 4700 funtluq düyü, un, süd, makaron və konservləşdirilmiş qida paketlərini yerə ataraq, Qəzzanın şimalına humanitar yardım göstərib" deyə bildirilib.
Bahadur Seyidov