İsraildə Netanyahuya qarşı etirazlar səngimir
İsraildə baş nazir Binyamin Netanyahuya qarşı etirazlar səngimir.
Demedia.az xəbər verir ki, on minlərlə israilli yenidən Tel-Əvivdə toplaşıb. Etirazçılar, Netanyahunu istefaya çağırıb. İsrail polisi ilə nümayişçilər arasında toqquşmalar olub. Məlumata görə, polisin dəmir baryerlərlə bağladığı Kaplan küçəsində minlərlə etirazçı toplaşıb və bu ərazi, Netanyahu hökumətinin məhkəmə qaydalarına qarşı etirazların simvoluna çevrilib. Etirazın başladığı Kaplan küçəsində qurulan platformada fəallar hökuməti tənqid edən çıxışlar səsləndirib.
Etirazçılar baş nazir Netanyahu və hökumətindəki siyasətçilərə qarşı pankartlar, plakatlar və pankartlar qaldırıblar.
Bahadur Seyidov