Bunları yesəniz böyrəkləriniz heç vaxt xəstələnməyəcək! - Video



 09:46 18.03.2024     399

Böyrək nefron adlanan kiçik cisimlərdən ibarətdir.

Nefronların işi bunlardır: -qanı filtrləyir; -qanın tərkibini nizamlayır; -bir çox elektroliti, hormonu, mineralı, vitamini, proteini təkrar istifadəyə hazırlayır; Nefronlar zərər çəkəndə qidalanma vərdişi kökündən dəyişməlidir. Çünki fosfor, kalium, natrium kimi maddələrlə yanaşı, bəzi qidaların da çatışmazlığı yaranır. Dolayısı ilə, əvvəlki kimi qidalana bilməyəcəksiniz. Böyrəklərin sağlamlığını qorumaq üçün ayaq üstü yeməklərdən yeməyin. Yəni emala məruz qalmış, ədviyyatlı, yağlı fast-foodlardan uzaq durun. Yaxşı olar ki, yeməklərinizi özünüz hazırlayasınız. Rafinə edilmiş qidaları isə birmənalı olaraq, rasiondan çıxarmalısınız. Böyrək xəsarətinin ən birinci səbəbi qanda şəkərin səviyyəsinin yüksəlməsi ilə əlaqədar olan diabetdir. Böyrək problemi varsa, şəkər qəbulunu dayandırın. Eyni zamanda, şəkər kimi hərəkət edən qidaları da rasiondan çıxarmalısınız: nişasta, ağ un və s. Konservlər, hazır qidalar, duzlu, şəkərli atışdırmalıqlar da uzaq durulmalı qidalardandır. Narkotik maddələr, alkoqol, siqaret, soya yağı, pambıq yağı, dərmanlar, xüsusilə, ağrıkəsicilər də böyrəklərə zərər vurur.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az