Nigeriyada silahlı hücumlarda 16 əsgər həyatını itirib
Nigeriyanın Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan əsgərlərə silahla hücum edilib.
Demedia.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə İnformasiya Müdiri Tukur Qusau yazılı açıqlama yayıb.
Bildirilib ki, Qusau hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 əsgərin həyatını itirib.
Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərdə bölgə sakinlərinin hücumdan sonra qorxudan evlərini tərk etdiyi bildirilib.
Bahadur Seyidov