Dünya mediası Türkiyədəki bu  futbol olayından danışır



 17:12 18.03.2024     265

Xəbər verdiyimiz kimi, “Trabzonspor” – “Fənərbaxça” matçından sonra azarkeşlərlə  futbolçular arasında dava düşüb.

Demedia.az xəbər verir ki, bu hadisə dünya mətbuatında işıqlandırılıb

İngiltərənin “BBC Sport” nəşri yazır: “Trabzonspor tərəfdarları məğlubiyyətdən sonra fənərbaxçalı futbolçulara hücum edib”.

“The Sun”: “Keçmiş “Çelsi”oyunçusu (Michy Batshuayi) fanatlara dönüb onları təpiklədi, yüzlərlə azarkeş isə xaotik matçda Fənərbaxça komandasına hücum etmək üçün meydana daxil oldu”.

“De Telegraaf” isə  bu başlıqla xəbəri işıqlandırıb: “Türkiyədə işlər yenidən yanlış gedir: Mişi Batşuayi xuliqanların sahəyə hücumundan sonra karate zərbəsi edir”.

Bahadur Seyidov