Şimali Koreya ballistik raket buraxıb
Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru 3 ballistik raket atılıb.
Demedia.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın dənizə doğru 3 ballistik raket atdığı bildirilib.
Açıqlamada, paytaxt Pxenyan yaxınlığından atılan raketlərin təxminən 300 kilometr məsafə qət edərək Yapon dənizinə düşdüyü bildirilib.
Bəyanatda sınaqlar şiddətlə pislənilib və “açıq-aşkar təxribat” olaraq xarakterizə edilən raketlərin “Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid etdiyi” qeyd edilib.
Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın raketlərinin maksimum 50 kilometr hündürlüyə çata biləcəyini və Yaponiyanın milli eksklüziv zonasından kənara düşdüyünü açıqlayıb.
Bahadur Seyidov