Rusiyada seçkilər: Dünya Putinə etiraz edir



 17:45 18.03.2024     280

Rusiyada 3 gündür davam edən prezident seçkiləri son gününü başa vurarkən dünya paytaxtlarında yenidən seçiləcəyi bəlli olan Vladimir Putinə etirazlar davam edir.

Demedia.az xəbər verir ki,  Berlində keçirilən anti-Putin aksiyalarında həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya da görüntülənib.

Putinin yenidən prezident seçilməsi ilə bağlı etirazlar bütün dünyada Rusiya səfirlikləri qarşısında keçirilir.

Almaniyada da insanlar Vladimir Putinin yenidən prezident seçilməsinə etiraz edirlər.

Bahadur Seyidov