Fransa Rusiyanın işğal olunmuş ərazilərdə seçki keçirməsini pislədi



 18:24 18.03.2024     265

Fransa Rusiyanın prezident seçkilərini işğal etdiyi ərazilərdə də keçirməsini pisləyib.

Demedia.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Prezident Vladimir Putinin ilkin nəticələrə görə 87,29 faiz səs toplayaraq qalib gəldiyi seçkilər barədə açıqlama verilib. Bəyanatda bildirilib ki, seçkilər azad və demokratik şərait təmin edilmədənvə müxalifətə təzyiqlərin artdığı mühitdə keçirilib. Bəyanatda Krım, Sevastopol və Donetsk, Luqansk, Zaporojya, Xerson və Rusiyanın işğalı altında olan digər ərazilərdə təşkili pislənilib.

Bəyanatda həmçinin Fransanın Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha vurğulanıb.

Bahadur Seyidov