Zibil qabının üzərinə yazılan qeyd cəsədin yanına apardı - ŞOK



 22:36 18.03.2024     744

Türkiyədə şok hadisə yaşanıb. 

Demedia.az xəbər verir ki, Sarıyerin Belqrad meşəsindəki fəvvarədən su almağa gedən insanlar zibil qabının üzərindəki yazıya diqqət yetiriblər.

Vəziyyətdən xəbər tutan polis araşdırma aparıb və konteynerdən təxminən 300 metr aşağıda kişi cəsədi aşkar edib. Hadisə dünən saat 14.00 radələrində Bahçeköy Hunca mövqeyində baş verib. Belqrad meşəsindəki bulaqdan su almağa gedənlər yolun kənarındakı zibil qabının üzərində “Cəsəd aşağıdadır” yazısını görüblər.

Xəbərdarlıq üzərinə hadisə yerinə polis qrupları sövq edilib. Polis meşə ərazisində axtarışlar zamanı şəxsiyyəti məlum olmayan və tanınmayan kişi meyiti aşkar edib. Hadisə yeri araşdırma qrupları uçurumdan aşağı atılan cəsədi və ətrafını araşdırdı. Ərazi şəraiti səbəbindən atıldığı yerdən çıxarıla bilməyən meyit üçün hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Gələn yanğınsöndürmə qrupu təxminən iki saat çalışdıqdan sonra meyiti tapıldığı yerdən çıxarıb. Meşə sahəsindəki qayalıqdan çıxarılan meyit şəxsiyyətinin müəyyən edilməsi və yarılması üçün Məhkəmə Tibb İnstitutunun meyitxanasına aparılıb.

Zibil qabının üzərində yazılan qeydi görən və polisə xəbər verən Dilek Sönməz “Suya gəlmişdik. “Cəsəd aşağıdadır” yazısını gördük. Sonra polisə məlumat verdik. Polis gəldi, daha sonra hadisə yeri araşdırması gəldi. Cəsəd indi aşağıdadır, onu götürməyə gəlirlər. “Biz hadisə ilə bağlı heç nə görmədik, yalnız zibil qabının üzərində yazılanları gördük.

Aysun / Demedia.az