Borrell İsraillə bağlı çağırış etdi



 10:14 19.03.2024     266

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Qəzzada vəziyyətin qəbuledilməz olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında Borrell bildirib ki, münaqişənin yeganə həll yolu İsrailə siyasi təzyiq göstərməkdir. Nazirlərin Qəzzadakı vəziyyəti müzakirə etmək üçün İsraillə daha çox təmasda olmaq mövzusunda razılaşdıqlarını qeyd edən Borrell, razılaşmanın dayandırılması ilə bağlı hər hansı qərarın olmadığını və məsələnin müzakirəsinin davam etdiriləcəyini bildirib.

Bahadur Seyidov