Haitidə silahlı dəstələr humanitar yardım konteynerlərini qarət ediblər
Haitidə silahlı dəstələr beynəlxalq təşkilatların göndərdiyi humanitar yardım konteynerlərini qarət ediblər.
Demedia.az xəbər verir ki, silahlı dəstələr paytaxt Port-o-Prensin əsas limanına basqın ediblər. Dəstə üzvləri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna aid konteynerləri ələ keçirib, daha sonra içindəkiləri müsadirə ediblər. UNICEF-in Haiti nümayəndəsi Bruno Maes yardıma ehtiyacı olan uşaqlar üçün konteynerlərdə humanitar ləvazimatların olduğunu ifadə edib.
Talanların dərhal dayandırılması lazım olduğunu vurğulayan Maes, "Uşaqlar üçün fəlakətli bir vəziyyətdir. Bağlanan hər bir sağlamlıq mərkəzi mövcud şərtləri daha da çətinləşdirir. Əgər zorakılıq dayandırılmasa və lazımi logistika kanalları açılmasa, humanitar fəlakətin şahidi olacağıq” deyə bildirib.
Bahadur Seyidov