Devid Kemeron Qəzza ilə bağlı çağırış etdi
Böyük Britaniya Xarici İşlər Naziri Devid Kemeron, böyük miqdarda yardımın Qəzzaya girməsinin qarşısı alındığını bildirib.
Demedia.az xəbər verir ki, Kemeron Birləşmiş Millətlər Təşkilatına bağlı təşkilatlar tərəfindən hazırlanan qida hesabatı ilə bağlı açıqlamalar verib. Hesabata görə Qəzzada həyəcan verici aclıq riskinin olduğunu vurğulayan Kemeron, "Mövcud status-kvo dayanıqlı deyil. Aclığın qarşısını almaq üçün təcili tədbirlər görməliyik" deyə bildirib.
Kemeron ölkəsinin Qəzzaya daha çox yardım gəlməsi üçün əlindən gələni etdiyini, Qəzzaya 750 ton, yanvarda isə 315 ton ərzaq yardımı göndərdiklərini bildirib.
Bahadur Seyidov