Bu ölkədə istilər rekord qırdı – 60 dərəcə



 10:00 19.03.2024     267

Braziliyanın  Rio-de-Janeyro şəhərində hiss olunan temperaturun 60,1 dərəcəyə yüksəlib.

Demedia.az xəbər verir ki, ölkədə indiyədək ən yüksək “hiss olunan temperatur” qeydə alınıb.

Şəhərin qərbində hiss olunan 60,1 dərəcə isti, 2023-cü il noyabrın 18-də hiss edilən 59,7 dərəcəni keçərək rekordlar qırıb.

Mütəxəssislər "El Nino"nun yaratdığı hava hadisələri ilə əlaqədar ölkənin bəzi bölgələrində temperatur rekordlarının ola biləcəyini bildirmişdilər.

Bahadur Seyidov