Aİ Ukraynaya hərbi yardımı bu qədər artırır



 10:45 19.03.2024     265

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı döyüşən Ukraynaya hərbi yardım üçün istifadə edilən fondun 5 milyard avro artırılacağını açıqlayıb.

Demedia.az xəbər verir ki,  bu barədə Aİ Şurası  açıqlama verib.

Bildirilib ki, “Avropa Sülh Fondu” adlı maliyyə fondu 5 milyard avro artırılıb və bu fond çərçivəsində “Ukraynaya Yardım Fondu” yaradılıb. Ukraynaya Yardım Fondu çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının hərbi texnika və təlim vasitəsilə qarşılanması hədəflənir. Qərardan sonra Avropa Sülh Fondunun 2021-2027-ci illər üçün maliyyə yuxarı həddi 17 milyard avronu keçib. Aİ-nin Ukrayna ordusuna verdiyi ümumi dəstəyin, o cümlədən Aİ-yə üzv ölkələrin hərbi dəstəyi 33 milyard avro həcmində qiymətləndirilir.

Bahadur Seyidov