Uels şahzadəsi ölüb? – İddialar artır



 11:48 19.03.2024     259

Uels şahzadəsi Keyt Middltonun İngiltərədəki yeri ilə bağlı iddiaların sayı günü-gündən artır.

Demedia.az xəbər verir ki, əməliyyatdan sonra həftələrlə görünməyən şahzadə ilə bağlı saraydan açıqlama gözlənilir. Yaxınları onun özü açıqlama verəcəyini bildiriblər.

Bəziləri Middltonun səhhətinin elan ediləndən qat-qat pis olduğunu və buna görə də ictimaiyyət qarşısına çıxmadığını iddia edir.

Bəziləri Şahzadə Uilyamın həyat yoldaşını aldatdığını, şahzadənin ərindən boşanmağa hazırlaşdığını və ayrılıq razılaşmaları ilə məşğul olduğunu iddia edir. Hətta sosial şəbəkələrdə Keytin öldüyünü iddia edənlər də var.

Lakin iddiaları irəli sürənlər heç bir sübut təqdim etmirlər. Britaniyanın "The Sun" qəzeti bir şahidin həftəsonu Uels şahzadəsi ilə şahzadəni bir yerdə gördüyünü yazıb.

Bahadur Seyidov