Dəfinə üçün qazıntılara başladı, sonu faciə ilə bitdi



 21:34 19.03.2024     761

Köhnə mədəndə qızıl axtaran xəzinə ovçusu sürüşmə nəticəsində dağıntılar altında qalaraq həyatını itirib.

Demedia.az xəbər verir ki, dünən gecə Taylandın cənub əyaləti Praçup Kiri Xandakı köhnə qızıl mədənində üç xəzinə ovçusu qızıl axtararkən torpaq sürüşməsi baş verib. Hadisə zamanı qazdıqları tuneldə olan 3 nəfərdən ikisi ətrafdakıların köməkliyi ilə xilas edilərkən, digəri dağıntılar altında qalıb.

Qazıcı ilə təxminən beş saatlıq iş nəticəsində xilasetmə qrupları 10 metr dərinlikdə olan xəzinə ovçunun cansız bədəninə çatıb. Praçup Kiri Xan vilayəti qubernatorunun müavini Kitipong Sookparksakun verdiyi açıqlamada ərazinin ictimai mədən olduğunu və mədənçilərin öz təhlükəsizliklərinə cavabdeh olduğunu bildirib. Hadisədən sonra köhnə mədənin ətrafı bağlanıb, qəzadan sağ çıxa bilən iki xəzinə ovçusu sağlamlıqları yoxlanıldıqdan sonra sorğu-sual olunmaq üçün polis bölməsinə göndərilib.

Aysun / Demedia.az