Sahibsiz iti süpürgəsi ilə qaşıyaraq sığalladı - VİDEO



 23:09 19.03.2024     614

Bursanın Osmanqazi Bələdiyyəsində təmizlik işçisi işləyən İlyas Bayındır (43) əlindəki süpürgə ilə yanına gələn sahibsiz iti qaşıyıb, sonra da sığallayıb.

Demedia.az xəbər verir ki, həmin anlar mobil telefonunun kamerasına əks olunarkən, 6 ildir Yunuseli rayonunda işlədiyini bildirən Bayındır deyib:

"O it hər gün yanıma gəlir. O gün yenə gəldi. Bir az oxşayandan sonra özünü istədirdi”.

6 ildir Osmanqazi Bələdiyyəsində təmizlik işçisi işləyən İlyas Bayındırın sahibsiz heyvanlara göstərdiyi qayğı və şəfqət onun cib telefonu ilə lentə alınıb. Əlindəki süpürgə ilə yanına gələn sahibsiz iti qaşıyan, sonra da sığallayan Bayındırın o anlar sosial şəbəkədə paylaşılanda böyük rəğbətlə qarşılanıb.

Aysun / Demedia.az