Sevgilisindən ayrıldığı üçün metroda görün nələr etdi
Ankaranın Sincan səmtində 17 yaşlı gənc sevgilisindən ayrıldığı üçün metroda qatarın üstünə çıxıb və qrafikin pozulmasına səbəb olub.
Demedia.az xəbər verir ki, hadisə dünən saat 18.30 radələrində Koru-OSB Törekent metrosunun Harikalar Diyarı stansiyasında baş verib. Adı məlum olmayan 17 yaşlı gənc qatarın üstünə çıxıb. Gənc oğlanı görən sürücü ekspedisiyanı dayandırıb və mühafizəçiləri çağırıb.
Məmurların razı salma cəhdləri nəticə verməyincə polisə məlumat verilib. Sərnişinlər yarım saat gözləməli olarkən iftara gecikən vətəndaşlar reaksiya verib. Həmin anlar mobil telefonun kamerasına əks olunarkən, gənc polisin səyi ilə aşağı salınaraq nəzarətə götürülüb.
Aysun / Demedia.az