Yenidən 4 bal gücündə zəlzələ olub



 17:00 25.03.2024     206

AFAD Adananın Saimbəyli rayonunda 4 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb. Saat 13.10-da baş verən zəlzələnin dərinliyi 7,02 kilometr olaraq ölçüldü.

Demedia.az  xəbər verir ki, Səlahiyyətli orqanlar ətraf əyalətlərdə hiss olunan və qısamüddətli panikaya səbəb olan zəlzələ ilə bağlı heç bir neqativ məlumat verməyib. Zəlzələdən sonra Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar sosial şəbəkədə açıqlama verib.Karalar açıqlamasında "Saimbeyli rayonumuzda baş verən 4.0 bal gücündə zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram" deyib.